24 C
Baku
Tuesday, September 27, 2022

Neftin qiyməti ABŞ-dakı hadisələrlə bahalaşır

ABŞ-dakı inflyasiyanın yüksəlməsi fonunda FED-in faizləri artıracağı aqressiyasını artırır və bununla da neft həftənin son iş gününə ucuzlaşması baş verib. Üstəlik İran ilə nüvə danışıqlarından isti xəbərlər duyulur.

Banker.az xəbər verir ki, Brent neftinin barreli 25 sent, yaxud 0.27% artmaqla 91.16 dollara çatıb. Qərbi Texas nefti isə 15 sent (0.17%) ucuzlaşmaqla 89.73 dollar təşkil edib.

Ötən gün ABŞ-da istehlak qiymətləri indeksi açıqlandı və proqnozlara əsasən ölkədə orta illik inflyasiya 7.3% proqnoz edildiyi halda, real rəqəm 7.5% təşkil etdi ki, bu da FED-in mart iclasında faizlərin yüksəlməsi üçün səbəbləri bir qədər də artırır. ABŞ-da son 40 ilin ən maksimal inflyasiya göstəricisini cilovlamaq üçün mərkəzi bank funksiyasında olan bu qurumun faiz artımına getmək məcburiyyətində qalıb.

Neft qiymətlərinin aşağı düşməsi üçün ikinci əsas drayver də, Qərb ilə İran arasında nüvə danışıqlarının proqressiv məcrada davam etməsidir. Treyderlər üçün mümkün proqnoz odur ki, ABŞ İran üzərindən iqtisadi sanksiyaları götürsün, bu da İranın ixrac etdiyi neftin bərpa edilməsinə gətirib çıxaracaq. Hazırda OPEC+ kimi ölkələrin kvota ilə neft hasil etməsi bərpa olunan qlobal bazarın enerji təchizatına “adekvat reaksiya” vermir.

Son xəbərlər
Oxşar xəbərlər