Neftin qiyməti ABŞ-ın iqtisadi dəstək mexanizmlərinə görə artır

Neftin qiyməti qitələrarası birjada bu gün ABŞ-ın bəyan etdiyi iqtisadi dəstək mexanizmlərinə görə artır.

ABŞ-ın koronavirus pandemiyasına görə 2 trilyon ABŞ dolları həcmində yardım paketi ayırmasının dünyada neftə olan tələbi də dəstəkləyə bilməsi və bu sahədə birmüddətlik razılaşma əldə ediləcəyi ümidi ilə yüksəlib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında “Brent” markalı neftin 1 barelinin may fyuçerslərinin qiyməti 62 sent, yaxud da 2,3 faiz artaraq 27,65 ABŞ dolları təşkil edib. WTI markalı neftin 1 barelinin dəyəri isə 3,85% artaraq 24,26 ABŞ dolları təşkil edib.

Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Lourens Kadlou bəyan edib ki, ABŞ hakimiyyəti koronavirusun iqtisadiyyata təsirini azaltmaq üçün 2 trilyon ABŞ dollarından çox vəsait ayıra bilər

©Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları