13 C
Baku
Bazar, Noyabr 28, 2021

Neftin qiymətinin artması Avropa İttifaqında inflyasiyanı kəskinləşdirir

Qlobal miqyasda və Avropa İttifaqında neftin qiymət artımı dayanmaq bilmir.

Banker.az xəbər verir ki, Şimal dənizinin dibindən çıxarılan Brent markalı neftin dekabr fyuçersləri üzrə və ABŞ-ın West Texas Intermediate (WTI) neftinin noyabr fyuçersləri üzrə qiyməti bu gün maksimum həddə çatıb.

Səhər saatlarında ICE birjasında Brentin bir barelinin qiyməti 83.66 dollar idi ki, bu da cümə gününə nisbətən 1.27 dollar çoxdur və üç ilin ən yüksək həddi deməkdir. Nymex birjasında WTI neftinin 1 barelinin qiyməti isə 1.53 dollar artaraq 80.88 dollara çatıb və 7 illik rekordu keçib.

Enerji sektorundakı tədarüklə bağlı gərgin vəziyyət (məsələn OPEC+ hasilatı planlı şəkildə artırmağı qabağına məqsəd qoyub) təkcə neft bazarında deyil. Çünki, son aylarda qazın və kömürün qiyməti də kəskin artıb.

Enerji qiymətləri bir sıra İttifaq ölkələrində inflyasiyanın kəskin artmasına səbəb olub. Məsələn, Almaniyada son 30 ilin ən yüksək inflyasiya səviyyəsi müşahidə olunur – 4.1 faiz.

Son xəbərlər
Oxşar xəbərlər
X