Neftin qiyməti bahalaşır – İnvestorların gözü OPEC+ toplantısında

Həftənin son iş günü – cümədə Asyada neftin qiymətləri fyuçerslərdə mühüm artımla bitirdilər. Treyderlər hazırda OPEC və onunla eyni alyansda olan digər ölkələrin toplantısını gözləyirlər.

Banker.az xəbər verir ki, Brent nefti son sutkada 0.11% artımla 75.64 dollar/barelə, WTI isə 0.10% artımla 73.37 dollar/barel səviyyəsinə qədər yüksəliş yaşadı.

Neftdə yaşanan son artımlar həftənin başlarından onu ən yüksək alış bir bölgəsinə çıxarıb. Bu da yaşanan rallinin yavaşlaya biləcəyinə işarə etməkdədir. Bütün gözlər OPEC+ alyansının gələn həftədəki toplantısında olacaq və alyansın bir çoxlarının diqqət mərkəzində olan məsələ – hasilatın artırılıb-artırılmayacağı ilə bağlı qərarları görəcəyik.

“CFRA Research”ün eneri analitiki Stüard Qlikman Bloomberg-ə dediyinə görə tələb yönündə bir dəyişimin olmaması ilə birlikdə OPEC+ hasilatın tədricən artımına gedəcəyi gözləniləndi.

“İndiyə kimi nə qədər intizamlı olduqlarını nəzərə alsaq, bu nöqtədə çəkişməyə çevriləcəyini düşünmürəm” – deyə analitik S.Qlikman deyib.

ABŞ, Çin və Avropanın bəzi bölgələrində canlanma artdıqca xam neft fyuçerslərinin 2021-ci ildən indiyə qədər 50% artım yaşayarkən WTI-ın fyuçerslərində 75 dolları ötməsinə imkan yaradır. COVID-19 peyvəndinin əsas enerji istehlakçısı olan ölkələrdə daha da sürətlənməsi və effekti artıq neftə olan tələbin artımı üçün əsas tətikdir.

COVID-19 son aylarda ən çox təsir etdiyi və qlobal miqyasda ən böyük neft idxalçısı olan Hindistanın getdikcə artan enerji qiymətlərindən “dərin narahatlıq” OPEC+ alyansına neftin hasilatının artırılmasına getməsinə yeni çağırışlar yaradıb.

Amerika Neft İnstitutu və Enerji İnformasiya İdarəsinin (EIA) xam neft hesabatları ABŞ-da yaz səyahət mövsümünün açılması ilə xam neft anbarlarında sürətli enişlər olduğu müşahidə edilməkdə. ABŞ emalçıları artan tələbi qarşılamaq üçün Asiyadan xam neftin tədarükünü belə istisna etmirlər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.