3 C
Baku
Cümə, Yanvar 21, 2022

Neftin qiyməti dünənki bahalaşmadan sonra bu səbəbdən yenidən düşüb

Ötən gün neftin qiymətinin 81 dollara yaxınlaşsa da bu gün ABŞ-da açıqlanan həftəlik neft ehtiyatlarının gözləntilərdən daha çox olması səbəbi ilə ucuzlaşmağa başladı.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 09:00 radələrinə Brent markalı xam neftin barreli 6 sent, yaxud 0.08% ucuzlaşmaqla 79.94 dollara düşüb. Ötən gün 80.29 dollara qədər bahalaşmışdı.

WTI nefti isə 29 sent, yaxud 0.4% enişlə barreli 76.70 dollara qədər düşüb.

ABŞ-ın ən böyük ticarət assosiasiyası Amerika Neft İnstitutu (API) açıqladı ki, inventarda olan benzin ehtiyatları dekabrın 31-nə kimi həftə ərzində 7.1 milyon barel artıb.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclasında, qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barrel artırılmasına dair qərar qəbul edib. Yeri gəlmişkən Azərbaycan da bu alyansdadır, o da razılıq verib.

OPEC isə bir neçə gün öncə açıqladı ki, yeni ildə neftə gündəlik tələbatın 4.2 milyon barel artaraq 100.8 milyon barelə çatacağına dair daha əvvəl açıqlanmış proqnoz qüvvədə qalır. Həmçinin bu il neft bazarında gündəlik təklif tələbi 1.4 milyon barel üstələyəcək, neft ehtiyatlarının həcmi 525 milyon barel artacaq. Ən böyük profisit mart, aprel və noyabr aylarında gözlənilir.

Neft bazarındakı yüksək qeyri-müəyyənliyi nəzərə alan komitə üzvləri bazarda tələbatın azalması və yaxud artması ilə bağlı iki variant irəli sürüb. Birinci ssenariyə görə, neftə gündəlik tələbat 3.8 milyon barel artaraq 100.3 milyon barelə, gündəlik profisit isə 1.8 milyon barelə, ikinci ssenariyə görə isə tələbat 4.4 milyon barel artaraq 101.1 milyon barelə, profisit isə 1.2 milyon barelə çatacaq.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına, 5.8 mln. barrel həcmində ixtisarların isə 2022-ci ilin sentyabrında başa çatdırılmasına və maydan etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin bu ilin sonunadək uzadılmasına dair qərar qəbul ediblər.

Son xəbərlər
Oxşar xəbərlər