26 C
Baku
Saturday, July 27, 2024

Neftin qiyməti ilə bağlı 7 illik proqnoz açıqlandı

Yaxın 7 il ərzində neftin qiyməti 40-60 dollar/barrel ətrafında dəyişəcək. Anspress-in məlumatına görə, bu haqdaRusiyanınmaliyyə nazirinin müavini Maksim Oreşkin danışıb. Rusiya rəsmisinin sözlərinə görə, Rusiya iqtisadiyyatı neftin 40 dollar/barrel qiymətinə uyğunlaşıb və ölkə iqtisadiyyatı üçün əsas qorxu hazırda büdcə kəsiridir.

Maksim Oreşkin – Rusiyanın maliyyə nazirinin müavini
Hazırda dünya bazarında “qara qızıl”ın qiymətində enmə müşahidə edilir. Birjalarda”Brent”markalı neftin bir barrelinin qiyməti 40,11 dollardan 39,61 dollara düşüb.
Ən aşağı qiymət “Light” markalı neftdə qeydə alınıb. Son məlumatlara görə, “Light” neftinin qiyməti 36,61 dollar təşkil edib.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,64 dollar ucuzlaşaraq 40,94 dollar olub.
Dünya birjalarında neftin qiyməti
Neftin qiymətinin bu qədər aşağı düşməsiSəudiyyə Ərəbistanınınneft hasilatını artırması ilə əlaqələndirilir. Krallıq bu yolla neft bazarındakı yerini qorumaq və neftin qiymətinin aşağı olduğu bir dövrdə gəlirinin azalmasının qarşısını almaq istəyir.
Bundan başqa təkcə Səudiyyə Ərəbistanı deyil, ümumilikdəOPEC (Neft İxrac Edən Ölkələr Birliyi)ölkələri neft bazarını kifayət qədər xammalla təmin edir. Məhz bu səbəbdən “qara qızıl”ın qiyməti son 6 ildə ən aşağı həddə çatıb.
bizimyol
Son xəbərlər
Digər xəbərlər