33 C
Baku
Wednesday, July 17, 2024

Neftin qiyməti son 10 ayın maksimumuna yüksəldi

ABŞ-da zəif şist neft hasilatı Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən hasilatın azaldılmasının uzadılmasından qaynaqlanan tədarük kəsiri qorxusu səbəbdinən neft qiymətləri çərşənbə axşamı ardıcıl dördüncü sessiyada artıb.

ABŞ-ın WTI xam neft fyuçersləri Bakı vaxtı ilə 08:00 radələrinə 99 sent və ya 1.1% artaraq 92.47 dollara, qlobal neft bençmarkı Brent markalı neft fyuçersləri isə 58 sent və ya 0.61% artaraq bir barel üçün 95.01 dollara çatıb.

Qiymətlər üç həftə ardıcıl olaraq artıb və indi hər iki göstərici üçün təxminən 10 ayın ən yüksək səviyyəsinə çatıb.

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) bazar ertəsi bildirib ki, ABŞ-ın ən çox şist hasil edən regionlarından neft hasilatı oktyabr ayında gündəlik 9.39 milyon barelə düşəcək ki, bu da 2023-cü ilin may ayından bəri ən aşağı səviyyədir. Bu da ardıcıl üçüncü dəfədir ki azalır.

Artıq bu göstəricilər Səudiyyə Ərəbistanı və Rusiyanın bu ay birlikdə gündəlik 1.3 milyon barel tədarük ixtisarını ilin sonuna qədər uzatmasından sonra gəlir.

Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman bazar ertəsi günü OPEC+ alyansının neft bazarında tədarükün azaldılmasını dəstəkləyərəlk, beynəlxalq enerji bazarlarının volatilliyi məhdudlaşdırmaq üçün yüngül tənzimləmələrə ehtiyac duyduğunu, eyni zamanda Çin tələbi, Avropanın böyüməsi və inflyasiya ilə mübarizə üçün ECB-nin hərəkətləri ilə bağlı qeyri-müəyyənlik barədə xəbərdarlıq edib.

Son xəbərlər
Digər xəbərlər