12 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Neftin qiyməti təzyiqlərə rəğmən barreli $79-un üzərində hərəkət edir

Avropadakı virusa yoluxma risklərinin artması, ABŞ və böyük neft istehlakçılarının neftin qiymətini bir qədər zəiflətmək üçün strateji neft ehtiyatlarını bazara çıxarmaları ilə bağlı çağırışlar neftin qiymətini bir qədər zəiflədib.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin barreli Londonun ICE birjasında yanvar fyuçerslərində 42 sent, yaxud 0.53% ucuzlaşmaqla 79.28 dollara düşüb. ABŞ neft brendi WTI-ın NYMEX birjasında yanvar fyuçersləri üçün qiyməti 53 sent, yaxud 0.69% artımla 76.22 dollara düşüb.

Avrozonanın ən böyük iqtisadiyyatı Almaniyada artıq virusla bağlı narahatlıqlar artıb. Bundestaqın kansleri Angela Merkel bazar ertəsi verdiyi açıqlamasında, koronavirus vəziyyətinin Almaniyada hər şeydən pis olduğunu deyib. O, bunun üçün sərt tədbirlərə ehtiyac olduğuna işarə edib.

Almaniyanın cənub sərhədi – Avstriyada noyabrın 22-dən dekabrın 13-dək qapanma elan olunub. Ölkənin sərhədləri açıq qalsa da peyvənd olunmuş şəxslər də daxil olmaqla, hər kəs üçün Avstriya daxilində komendant saatı qüvvədə olacaq.  Qapanma zamanı otellərin və mədəniyyət təsisatlarının bağlı olması səbəbindən turist səfərləri mümkün olmayacaq. Restoranlara yalnız yemək çatdırma xidməti göstərməyə icazə verilir.

Neftin hazırkı qiymətinə təzyiqin ikinci və ən əsas təsiredici əlaməti isə ABŞ hökumətinin benzinin qalxmasına qarşı tədbirlərə əl atmasıdır. Buna görə də Birləşmiş Ştatların istəyi S.Ərəbistanı və Rusiyanın başçılıq etdikləri OPEC+ alyansının israrını yumşaltmaqla neft hasilatının bazarın tələbinə uyğun artırılmasını təmin etdirməkdir. ABŞ, Çin, C.Koreya və Yaponiya kimi nəhəng iqtisadiyyatlar strateji neft hasilatından bazara çıxarmaqla neftin qiymətinə təsir etmək istəyirlər.

Lakin, treyderlər qiymətlərin hazırkı durumda bir o qədər ucuzlaşacağına inanmır. Belə ki, strateji ehtiyatlardan xərcləmələri üçün də neftə yaranan tələb fonunda belə limit vardır.

Son xəbərlər
Oxşar xəbərlər
X