22 C
Baku
Thursday, May 30, 2024

Neftin qiyməti üç illik maksimuma yüksəldi – 77 dolları ötüb

Dünya birjalarında neftin noyabr fyuçerslərindəki qiyməti yenidən bahalaşaraq son üç ilin maksimumuna yüksəlib.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:55 radələrinə Londonun ICE birjasında Brent markalı xam neftin bir barreli 10 sent, yaxud 0.13% bahalaşma ilə 77.36 dollara yüksəlmişdir. WTI markalı xam neft isə 73.32 dollara qədər bahalaşıb.

Brent markalı xam neft sonuncu dəfə bu qiymətə 2018-ci ilin 21 oktyabrında (77.64 USD/bll.) qeydə alınmışdı və sonrakı mərhələlərdə ucuzlaşmağa başlamışdı. Ən baha qiymət isə 2008-ci ilin 6 iyulunda qeydə alınmış, həmin zamanda 144.26 dollara ticarət olunurdu.

Qeyd edək ki, ABŞ-da qasırğa hasilata kəskin təsir edib. Rəsmi göstəricilərə görə, neft anbarlarında ötən həftə 2.4 mln. barrel azalacağı proqnoz edildiyi halda, 6.1 mln. barrel azalma qeydə alınmışdı. Neft hasilatının azalması isə bazarda tələb-təklifə əsaslanaraq bahalaşmağa başlayır.

23342

Son xəbərlər
 ⁠
Digər xəbərlər