Neftin qiyməti yenidən kəskin ucuzlaşıb

Neft dünya birjalarında yenidən ucuzlaşmağa başlayıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 15:10 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 2.43$ , yəni, 4.59% azalaraq 50.46$-da qərarlaşıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2.86$, yəni, 4.65% ucuzlaşaraq 58.70$-a təklif olunub.