Neftin qiyməti yüksəlir, dollar ucuzlaşır

Neft dünya birjalarında ABŞ dollarının zəifləməsi ilə bahalaşmağa başlayıb. Lakin dünyanın bəzi yerlərində tələbin o qədər də yüksək olmaması qiymətləri bir qədər də yüksəlməsində əngəl olaraq qalmaqdadır.

Banker.az xəbər verir ki, (Bakı vaxtı:08:50) Londonun ICE birjasında Brentin iyun fyuçersləri üzrə qiyməti 71 sent, yaxud 1.06% artımla 67.76 dollar/barrelə qədər yüksəldib. WTI neftinin Nyu-Yorkun NYMEX birjasındakı qiyməti may fyuçerslərindəki qiyməti 62 sent, yaxud 0.98% artımla 64 dollar/barrelə yüksəlib.

Fransanın “Total” şirkəti yanacaq satışlarının bu il 2019-cu ilin eyni dövrü ilə müqayisədə çox aşağı olması, Hindistanda isə yeni sürətli yayılan COVID-19 virusu karantinə getməyə, beləliklə yanacağa olan tələbi yenidən aşağı düşürtməyə təhrik edir.

Investing.com-un son göstəricilərinə görə isə ABŞ dollarının 6 əsas valyuta qarşısındakı indeksi yenidən düşüşlə 90.858 bəndə qədər eniş yaşayıb.

Neftin bahalaşması üçün daha bir stimul isə Beynəlxalq Enerji Agentliyinin (IEA) pandemiyada anbarlarda olan neft ehtiyatlarının artıq tükəndiyini eyham vurub. IEA inkişaf etmiş ölkələrin fevral ayında 57 milyon neft artıqlığını təxmin etmişdir. Bu, 2020-ci ilin iyul ayında qeydə alınan 249 milyon barelin pik dəyərinin təxminən 23%-dir. 2020-ci il pandemiyası ilə müqayisədə kəskin dönüş yaşanıb. O dövrdə qlobal neftə olan tələb 20% azalıb, ticarət nəhəngi “Gunvor” isə yanacaq saxlamaq üçün yerin olmayacağından ehtiyat edib. Qeyd edilir ki, neft artıqlığı OPEC+ tərəflərinin hasilatı azaltmaq qərarı fonunda əhəmiyyətli dərəcədə azalıb.

“Citigroup” bankının analitikləri tələbin yüksəlməsi ilə dünya neft ehtiyatlarının gündə 2.2 milyon barel azalacağını gözləyirlər. Bu da Brent markalı neftin 74 dollara/barrel səviyyəsinə qədər, hətta o həddi ötə biləcək potensialı mövcuddur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.