11 C
Baku
Cümə, Dekabr 3, 2021

Neftin qiymətində sıçrayış gözlənilir – Barreli $100-ə qalxacaq

Xam neftin qiyməti həftənin 3-cü iş həftəsində də böyük artım qazanmaqla son iki həftənin ən yüksək həddinə qədər bahalaşdı. Buna səbəb isə səyahətlərə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və ABŞ-ın sənaye göstəricilərində xam neft ehtiyatlarının anbarlarda gözlənilməz enişdir.

Banker.az xəbər verir ki, Brent nefti yanvar fyuçersləri üzrə qiyməti ötən gün 1.6%  artıqdan sonra, bu gün 44 sent, yaxud 0.5% bahalaşmaqla $85.22-ə, ABŞ-ın xam nefti WTI isə 16 sent, yaxud 0.2% bahalaşmaqla $84.31-ə yüksəlib. Texas nefti ötən gün də 2.7% bahalaşmışdır.

Neft İnstitutu ABŞ-da xam neft ehtiyatlarının 5 noyabr ayında həftəlik 2.5 mln. barrelə düşdüyünü açıqlamışdı. Reuters analitikləri isə əldə etdikləri sorğuda bunun 2.1 mln barrel azalacağını ehtimal etmişdilər.

Artıq ABŞ-da səyahətlər üzrə tətbiq edilən məhdudiyyətlər və post-pandemiyada qlobal iqtisadi bərpa ilə bağlı siqnallar fonunda neft tələbin yüksələcəyi proqnoz edilir. Səyahətlərin böyüməsi isə aviadaşıyıcıların yanacaqlarına olan tələbi artırır ki, bu da neftin tələbinin böyüməsi üçün əsas amildir.

Lakin tələbin genişlənəcəyi fonda OPEC və digər neft ixracatçıları isə bəzi riskləri göz önünə alaraq neftin hasilatı ilə bağlı plandan kənara çıxmaq istəmirlər. Məsələn, baxmayaraq ki,  OPEC+ alyansını ABŞ rəhbəri və bir neçə dövlətin hasilatın artırılması üçün təzyiq və xahişlər ediblər, gələn ilin iyununa qədər alyans günlük hər ayda 400 min barrel neft hasilatının artıracağını parlayıblar və bu planda israrlı görünürlər.

Nüfuzlu “JP Morgan” bankı bildirir ki, qlobal miqyasda noyabrda neftə olan tələb pandemiyadan öncəki göstəriciləri üstələməklə 100 mln. barrel/günlük göstəriciyə çatıb.

Reuters-ə “Vitol Group”un baş inzibatçı direktoru Russell Hardy deyir ki, neftə olan tələbin 2022-ci ilin birinci rübündə pandemiyadan öncəki göstəricilərə bərabər olacağı ehtimalı yüksəkdir.

“Neftin barrelinin 100 dollara çatması açıq aydın ortadadır” – deyə o bildirir.

Son xəbərlər
Oxşar xəbərlər
X