28 C
Baku
Saturday, July 27, 2024

“Neftin qiymətinin əvvəlki səviyyəyə qayıtması bir neçə ay çəkə bilər”

“Rusiya Energetika Nazirliyi neftin qiymətinin kəskin azalmasından əvvəlki səviyyəyə bir neçə aya qayıdacağını gözləyir”.

“Russia-24” xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

OPEC+ söbdələşməsinin Rusiya üçün səmərəli olduğunu bildirən nazir ölkəsinin qısa perspektivdə gündəlik hasilatı 250-300 min barel, daha sonra da 500 min barel artıra biləcəyini deyib.

OPEC ölkələri bazarı sabitləşdirmək üçün yalnız OPEC+ formatının hasilatı azaltmaq razılaşması çərçivəsində hasilat həcmini daha da azaltmaqla bağlı məsələni müzakirə ediblər. Rusiya ilə OPEC üzvü ölkələri bazardakı vəziyyəti müzakirə etmək üçün may – iyun aylarında görüş keçirməyi nəzərdə tutur.

©Report

Son xəbərlər
Digər xəbərlər