Neft aprel ayından bu yana ilk dəfə bir barel üçün $100-dən aşağı düşdükdən bir gün sonra çərşənbə günü yüksəldi, treyderlər isə gözlərini zəiflədə biləcək ABŞ inflyasiya məlumatlarına dikiblər.
Brent markalı neftin fyuçersləri 24 sent, yaxud 0.2% bahalaşaraq barrel üçün 99.73 dollar olub. ABŞ-ın WTI xam nefti 10 sent, yaxud 0.1% artaraq 95.94 dollar olub.
İnflyasiyanı dayandırmaq üçün aqressiv faiz artımının neft tələbini vuracaq iqtisadi resessiyaya təkan verəcəyindən narahat olan investorlar neft satışı mövqeyində çıxış edilər. Qeyri-sabit ticarət fonunda dünən qiymətlər 7%-dən çox azalıb.
Digər narahatlıq odur ki, ABŞ-ın yüksək inflyasiyaya cavab olaraq faiz dərəcəsinin artması dolları bahalaşdıracaq və bu da öz növbəsində neft qiymətlərini də aşağı salacaq.
İndi ABŞ dollarının güclənməsi ilə paralel dünyanı ən iri neft alıcısı Çinin bəzi bölgələrində Covid yoluxmalarının artması neftin qiyməti üçün ucuzlaşma təziyi yaradır.
Bu gün ABŞ-da iyun üzrə illik inflyasiya rəqəmləri açıqlanacaq. İnvestorlar inflyasiyanın 8.8%-ə (aylıq 1.1%) yüksələcəyini təxmin edir. Halbu ki, bu göstərici may ayında 8.6% idi. Əgər bu rəqəmdən də yuxarı göstərici baş verərsə, sözsüz bu FED-in sərtləşməsi üçün əlavə dəstək olacaq ki, bu da bahalaşan dolları bir qədər də bahalaşdıracaq.
Çində yenilənmiş COVID-19 səyahət məhdudiyyətləri də bazarı çətin duruma salıb. Dünyanın ikinci ən böyük iqtisadiyyatının bir çox şəhərləri, virusun yüksək yoluxucu subvariantından yeni infeksiyaların qarşısını almaq üçün biznesin bağlanmasından tutmuş daha geniş karantinlərə qədər yeni məhdudiyyətlər qəbul edilib.
Dünən altı valyutadan ibarət səbətə qarşı formalaşan – ABŞ dollarının indeksi günün əvvəlində 108.56 bəndə yüksəldi ki, bu da 2002-ci ilin oktyabrından bəri ən yüksək səviyyədir.
Neft ümumiyyətlə ABŞ dolları ilə qiymətləndirilir, ona görə də daha güclü dollar digər valyuta sahibləri üçün əmtəəni daha baha edir. Beləliklə, tələb və onun dollar qiymətinə aşağı istiqamətli təzyiq göstərir.
BAYDEN YAXIN ŞƏRQƏ GEDİR
ABŞ-ın xam neft ehtiyatları iyulun 8-də bitən həftədə təxminən 4.8 mln. barel artıb. Dünən Amerika Neft İnstitutunun rəqəmlərinə istinadən bazar mənbələrinə əsasən, benzin ehtiyatları 3 mln. barel, distillə ehtiyatları isə təxminən 3.3 mln. barel artıb.
Bu arada birjalar ABŞ prezidenti Co Baydenin Yaxın Şərqə səfərini yaxından izləyir və onun Səudiyyə Ərəbistanından və digər Körfəz istehsalçılarından qiymətlərin sabitləşməsinə kömək etmək üçün neft hasilatını artırmağı xahiş edəcəyi gözlənilir.
OPEC həmçinin 2022-ci ildə neftə tələbat proqnozunu saxlayıb. Hesabata əsasən, təşkilat orta tələbatın gündəlik 100.3 mln. barel səviyyəsində olacağını gözləyir.
OPEC eyni zamanda 2023-cü ilə qədər Rusiyada neft və qaz kondensat hasilatının sutkada 0.2 mln. barel azalaraq 10.4 mln. barelə düşəcəyini proqnozlaşdırır. Bununla belə, OPEC 2022-ci il üzrə hasilat proqnozunu saxlayıb: ilin yekununda neft hasilatının sutkada 10.63 mln. barel təşkil edəcəyini gözlənilir. Bu isə 2021-ci illə müqayisədə 1.6% azdır.