Dünyanın ən böyük neft treyderlərindən biri olan “Vitol”un baş direktoru Rassel Hardi neft qiymətlərinin yaxın 6-9 ay ərzində 100 ABŞ dollarından yuxarı həddini keçəcəyini proqnozlaşdırır.
Bu barədə R. Hardi “Bloomberg”ə bildirib.
Onun sözlərinə görə, bu il dünya neftə olan tələbat üzrə rekordları yeniləyəcək. 2022-ci ilin gündəlik neft istehlakı pandemiyadan əvvəlki səviyyələri əhəmiyyətli dərəcədə keçəcək.
R. Hardı qeyd edib ki, bu (istehlakın artımı – red.), inflyasiyanın artımını qidalandıran qiymətlərin yüksəlməsinə səbəb olub.