4 C
Baku
Wednesday, February 11, 2026

Neftin qiyməti 30 yanvardan bəri ilk dəfə 70 dolları ötüb

Aprel tədarüklü Brent markalı neft fyuçersinin qiyməti Londonun ICE birjasında 30 yanvar 2026-cı ildən bəri ilk dəfə olaraq bir barel üçün 70 dolları keçib. Bunu ticarət məlumatları göstərir.

Bakı vaxtı ilə saat 15:42-yə olan məlumata əsasən, Brent neftinin qiyməti 1,86% artaraq 70,08 dollar/barel səviyyəsinə yüksəlib.

Saat 15:50-yə doğru artım sürətlənib və qiymət 70,18 dollar/barel (+2,01%) olub. Eyni vaxtda mart 2026 tədarüklü WTI markalı neft fyuçersi 65,3 dollar/barel səviyyəsində ticarət edilib ki, bu da 2,1% artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər