24 C
Baku
Friday, June 28, 2024

Neftin qiyməti 35 dollaradək bahalaşarsa faiz dərəcəsini artırmayacağıq -Elvira Nabiullina

Rusiya Mərkəz Bankının rəhbəri Elvira Nabiullina xam neftin qiymətinin bu il orta hesabla 35 dollar/barrel olacağı təqdirdə inflyasiya hədəfinə çatmaq üçün faiz dərəcəsini artırmağa ehtiyac yaranmayacağını deyib.

Reuters xəbər verir ki, Rusiyadakı bank kreditlərinin məzənnədəki dalğalanmalardan təsirlənməməsi üçün rublla qiymətləndirilməli olduğunu bildirib.

Mərkəzi Bankın rəhbəri ixracatçı firmaların valyuta riskinin gəliri məzənnədən asılı olmayan şirkətlərin riskindən daha az olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiyanın pul vahidi olan rubl son 18 ayda dollara nisbətdə davamlı olaraq dəyər itirir. Neftin qiymətinin 2014-cü ildən etibarən 70 faiz ucuzlaşması isə Rusiya iqtisadiyyatının keçən il 3,5 faizdən çox kiçilməsinə səbəb olub

AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər