Ukraynada müharibəyə son qoymaq üçün diplomatik səylərin artırılması və bazarların ABŞ FED-nin uçot faiz dərəcələrinin artımına getməsi xəbəri ilə neft qiymətləri 4 dollara qədər ucuzlaşdı.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 14:30 radələrinə Londonun ICE birjasında Brent markalı xam neftin bir barreli 4.26 dollar, yaxud 3.78% ucuzlaşaraq 108.41 dollara düşdü. Ucuzlaşma artıq ikinci həftədir ki, davam edir.
Nyu-Yorkun NYMEX birjasında WTI markalı xam neftin bir barreli 5.32 dollar, yaxud 4.87% düşüb və 104.01 dollar səviyyəsinə düşüb.
FED bu həftə 2018-ci ildən bu tərəfə ilk dəfə faiz artımına gedir. ABŞ dolları hazırda bahalaşmaqdadır. Belə ki,dolların altı əsas rəqib valyuta səbəti qarşısında formalaşan indeksi 99.30 bəndə qədər bahalaşıb.
Hər iki fyuçersin qiyməti Rusiyanın Ukraynaya fevralın 24-də işğalından sonra artıb və bu günə qədər təxminən 40% bahalaşmaya sahib olublar.
Ukrayna və Rusiya danışıqları bazar ertəsi video bağlantı vasitəsilə yenidən danışmağa hazırlaşır, xarici KİV müəyyən qədər yumşalma müşahidə edir.
Bazar günü ABŞ dövlət katibinin müavini Wendy Sherman Rusiyanın Ukrayna üzrə substantiv danışıqlara hazır ola biləcəyinə işarələr göstərdiyini, ukraynalı müzakirəçi Mykhailo Podolyak isə Rusiyanın “konstruktiv danışmağa başladığını” söylədi.
Ötən gün isə Türkiyə vasitəsi ilə Rusiya və Ukrayna liderlərinin örüşünün mümkünlüyü qeyd edilib.
Moskvanın Ukraynada “xüsusi əməliyyat” adlandırdığı işğalı qlobal enerji bazarlarında qeyri-müəyyənlik yaradır. Təchizat zəncirinin pozulması ehtimalları ilə qiymətləri kəskin bahalaşdıb.
Beynəlxalq Enerji Agentliyinin (EIA) rəhbəri Fatih Birol neft hasil edən ölkələri Ukrayna münaqişəsindən zərər çəkmiş bazarları sabitləşdirmək üçün enerji hasilatını artırmağa çağırıb.
ABŞ bəzi neft ölkələrinə qoyduğu sanksiyaları yumşaldaraq bazara qaytarmaq istəyir ki, bu da qiymətləri bir qədər yumşaltsın. Bu danışıqlarda İran və Venesuela var. Lakin İranla danışıqlar müvəqqəti dayandırılıb.