23 C
Baku
Tuesday, April 23, 2024

“Neftin qiyməti $40-dan aşağı düşərsə manatın devalvasiyası ola bilər” – Deputat

Deputat Vahid Əhmədov manatın hansı hansı səviyyədə qərarlaşacağı proqnozuna cavab olaraq bildirir ki, heç kəs deyə bilməz. Deputat deyir ki, manata təsir edən faktorlar var: “Əgər bazar iqtisadiyyatında söhbət gedirsə, dünya valyutalarının məzənnələrində dəyişiklik manata da təsir edir. Azərbaycanda tam üzən məzənnə siyasəti aparılmır. Mərkəzi Bank müəyyən qədər tənzimləyir.”

“Gələn il Azərbaycanın milli valyutası neçə faiz möhkəmlənə bilər?” sualına Milli Məclisin deputatı cavablandıraraq deyib ki, ola bilər, məzənnə sabit qaldı: “Neftin qiyməti indiki səviyyədə qalacaqsa, manat zəifləməyəcək. Neftin qiyməti 40 dollardan aşağı düşərsə, əlbəttə, devalvasiya olacaq. Ola bilər ki, Mərkəzi Bank gələn ilin əvvəllində qərar verdi ki, tam üzən məzənnəyə keçir, o zaman manatın dollara nisbətdə məzənnəsi 1.80-1.90 ola bilər. Azərbaycanda həmişə idxal ixracı üstələyib, bu da mənfi saldodur. İlk dəfə 2017-ci ildə müsbət saldoya nail oduq. Deməli, bunu etmək mümkündür. Lazım olmayan mal Azərbaycana gətirilməməlidir, daha gərəkli mallar gətirilməlidir. Belə olan halda artıq pul xərclənməz. Nəzarət mexanizmi builki kimi həyata keçirilsə, problem olmayacaq. Əslində, manatın devalvasiyasını gözləmirəm.”

©Mənbə Report-a verilən müsahibədəndir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər