11 C
Baku
Wednesday, December 11, 2024

Neftin qiyməti 50$-dan aşağı düşüb

Dünya birjalarında neftin qiyməti cüzi ucuzlaşaraq 50$-dan aşağı düşüb.

Banker.az-ın Bloomberg-ə istinadən xəbərinə görə, London birjasında 0.40$ (0.80%) ucuzlaşmaqla 49.89$a düşüb.

WTI nefti Nyu-York birjasında 0.37 $ (0.79%) ucuzlaşmaqla 46.62$-a düşüb.

Birjalarda neft qiymətləri son 9 ayın maksimum səviyyəsindədir. ABŞ və Avropada COVID-19-a qarşı peyvəndin istifadəsi ilə bağlı müsbət inkişafların qlobal neft tələbatında artıma səbəb olacağına dair nikbin gözləntilərin təsiri ilə neftin qiyməti də yüksəlir.

WTI -ın qiyməti oktyabr ayının sonundan bəri təxminən 30 faiz bahalaşıb. “Brent” markalı xam neftin qiyməti isə “OPEC+” razılaşması və peyvəndə dair müsbət inkişaflarından sonra ötən həftə son 9 ayın maksimumuna yüksələrək psixoloji hədd sayılan 50 $/barreli keçmişdi.

Son xəbərlər
Digər xəbərlər