Dünya birjalarında COVID-19 peyvəndinin işə yaraması və artıq tətbiqinə başlanması yeni iş həftəsinə treyderlər üçün optimist baxış yaratmada davam edir.
Brent markalı xam neftin bir barreli London birjasında 33 sent, yəni, 0.66% bahalaşmaqla 50.30 dollara yüksəlib.
Nyu-Yorkun Nymex birjasında WTI markalı neftin bir barreli 29 sent, yəni, 0.62% bahalaşmaqla 46.86 dollar olub.
ABŞ-da koronavirus peyvəndinin istifadəsinə icazə verilməsi ilə yanaşı, ən böyük neft istehlakçıları olan Çin və Hindistanın xam neft alışlarının artdığına dair işarələr neft qiymətlərinin yenidən yüksəlməsinə əsas stimuldur.