Neftin qiyməti 54 və 55 dollar arasında lövbər salıb

Qlobal enerji bazarlarında neftin qiymətindəki artım dinamikası bir qədər sakitləşib. Brent xam nefti 54-55 dollar aralığında dəyişməkdədir.

Bloomberg-in son göstəricilərinə görə, Brent markalı xam neft Londonun qitələrarası fond birjasında 0.16 faiz bahalaşma ilə 54.54 dollar/barrel olmuşdur. Nyu-Yorkun əmtəə birjasında WTI markalı xam neft isə 0.17 faiz bahalaşmaqla 51.00 dollar/barrel olub.

Qeyd edək ki, OPEC+ ölkələrnin nazirlər komitəsi neftin hasilatı ilə bağlı yanvarın 5-də yeni qərar qəbul ediblər. Qərara əsasən növbəti iki ayda hasilatın həcmi dəyişilməz qalacaq. Bununla belə fond indekslərində dolların indeksi düşməsi də neftin qiymət artımına səbəb olmaqdadır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər