Neft dünya bazarlarında bir qədər ucuzlaşıb.
08:52 (GMT+4)
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,43$, yəni, 0,81% azalaraq 52,75$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,43$, yəni, 0,77% ucuzlaşaraq 55,46$-a təklif olunub.








