Dünya birjasında neftin qiyməti enməkdə davam edir.
Banker.az məlumat verir ki, Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin dəyəri 4,40 dollar ucuzlaşaraq 52,53 dollar təşkil edib.
Londonun İCE birjasında isə “Brent” markalı neftin bir barrelinin dəyəri 5,53 dollar azalaraq 56,54 dollar olub.