Dünya birjalarında neftin qiyməti bahalaşaraq 118 dolları ötüb.
Banker.az xəbər verir ki, Brent markalı xam neftin bir bareli ICE fond birjasında may fyuçersləri üzrə 7.65 dollar, yaxud 6.93% bahalaşaraq 118.11 dollar təşkil edib.
WTI markalı xam neftin NYMEX əmtəə birjasında aprel fyuçersi üzrə qiyməti 8.01 dollar, yaxud 7.44% bahalaşma ilə 115.68 dollar/barelə yüksəlib.