Birjalarda neftin qiyməti 75 dollar/barrel səviyyəsini ötdükdən sonra, cüzi ucuzlaşıb.
Banker.az xəbər verir ki, Brent markalı xam neftin bir barreli Londonun ICE birjasında 0.22 dollar, yaxud 0.29% ucuzlaşma ilə 75.22 dollara yüksəlib. Brentin qiyməti ticarət sessiyasını 75.44 dollarla bağlanmışdı.
WTI markalı neftin barreli Nyu-Yorkun NYMEX birjasında 0.25 dollar, yaxud 0.35% ucuzlaşma ilə 71.80 dollara düşüb.
Ekspertlərə görə, Omikron ştamına görə, bəzi ölkələr sərt karantin rejiminə keçsələr də, bu, müvəqqəti hal daşıyır. Ancaq inkişaf etmiş ölkələrə yanacaq lazımdır. Buna görə də neftin qiyməti artmaqda davam edəcək.