9 C
Baku
Thursday, December 12, 2024

Neftin qiyməti 80 $/bareldən aşağı düşüb

Brent neftinin bir barreli ötən gün bahalaşaraq 80 dolların üzərinə çıxsa da, bu gün ucuzlaşıb.

Banker.az xəbər verir ki, Londonun qitələrarası fond birjası ICE-də Brentin bir barel fevral fyuçersi 39 sent və ya 0.49% ucuzlaşaraq 79.31dollara düşüb.

WTI xam nefti Nyu-Yorkun NYMEX əmtəə birjasındakı qiyməti bir bareli 41 sent və ya 0.55% ucuzlaşaraq 73.81 dollar təşkil edib.

Qeyd edək ki, ötən gün Qırmızı dənizdə Husilərin dənizdən keçəcək istənilən ticarət gəmilərinə hücum edəcəyi ilə bağlı açıqlaması ardından neftin qiyməti 76 dollardan 80 dolların üzərinə qədər bahalaşmışdı.

Son xəbərlər
Digər xəbərlər