6 C
Baku
Sunday, December 15, 2024

Neftin qiyməti 80 dollara çatdı

Neftin qiymətləri aşağı-yuxarı hərəkət etməkdədir. Bu günkü sessiya isə Çin tələbinin artması ümidi ilə əvvəlki ticarət sessiyasından əldə etdiyi artımları bir qədər də davam etdi, o cümlədən ABŞ-da qış fırtınasından sonra yanacaq ehtiyatlarının azalma “qorxusu” onu 1 dollar bahalaşdırıb.

Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri London ICE birjasında cümə axşamı günü 85 sent artaraq 78.69 dollara qərarlaşdıqdan sonra, bu gün daha 94 sent və ya 1.2% artaraq barrel üçün 79.63 dollar olub.

ABŞ-ın WTI xam neftinin fyuçersləri Nyu-Yorkun NYSE əmtəə birjasında 91 sent və ya 1.2% artaraq 74.58 dollar/barel olub.

Azərbaycanın spotla xaricə satdığı “Azeri Light” bir barreli isə 82.35 dollardan 83.95 dollara qədər bahalaşdı.

2023-cü ilin ilk sessiyalarında hər iki bençmark geosiyasi və iqtisadi ressessiya riskərdən təsirlənərək 7% dəyər itkisi ilə üzləşdi.

Çin ötən gün ölkə iqtisadiyyatının 25%-ni təşkil edən yüksək borclu əmlak sektorunu artırmaq məqsədilə ilk dəfə ev alanlar üçün ipoteka faizlərində dinamik tənzimləmə mexanizminin yaradılması da daxil olmaqla daha çox dövlət dəstəyi tədbirləri elan etdi.

Çinin qarşıdan gələn Ay Yeni ili zamanı səyahətçilərin avtomobil, dəmir yolu, su və hava yolu ilə etdiyi sərnişin səyahətlərinin ümumi sayının bu il 2.1 milyarda çatacağı gözlənilir. Nəqliyyat requlyatorlarının rəsmiləri cümə günü bildiriblər ki, keçən ilin eyni dövründəki 1.05 milyarddan iki dəfə çoxdur.

Şənbə günündən başlayaraq bayram mövsümündə planlaşdırılan gündəlik sərnişin uçuşları 2019-cu ildə pandemiyadan əvvəlki səviyyələrin orta hesabla 73%-ni təşkil edir.

Dünyanın ən böyük xam neft idxalçısı olan Çin, kəskin sıfır-COVID siyasətini qəfil dayandırdı və bu, ölkə daxilində COVID infeksiyalarının artmasına səbəb oldu.

Çində xidmət fəaliyyəti dekabr ayında artan infeksiyalar fonunda dördüncü ayda azalsa da, azalma tempi yavaşladı və biznesə inam indeksi son 17 ayın ən yüksək səviyyəsinə yüksəldi.

ABŞ-da Enerji İnformasiya Administrasiyasının (EIA) açlqkadl ki, dizel və mazut da daxil olmaqla distillə ehtiyatları dekabrın 30-na kimi həftə ərzində gözləniləndən çox azalıb. Gözləntilərlə müqayisədə onlar 1.4 milyon barel azalıb. Analitiklər cəmi 396 000 barrel azalma proqnoz edirdilər.

EIA məlumatlarına görə, ABŞ-ın benzin ehtiyatları keçən həftə analitiklərin 486 000 barrel azalma gözləntiləri olduğu halda bu 346 000 barel azaldı.

Son xəbərlər
Digər xəbərlər