8 C
Baku
Thursday, December 12, 2024

Neftin qiyməti 85 dollar ətrafında dəyişir

Neftin qiyməti dünya birjalarında bahalaşdıqdan sonra bir qədər geriləmə yaşayıb.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin barreli ticarət sessiyası ərzinə 19 sent, yaxud 0.22% ucuzlaşaraq 84.48 dollara düşüb.

WTI neftinin qiyməti 19 sent, yaxud 0.23% ucuzlaşaraq 82.45 dollara düşüb.

Qeyd edək ki, koronavirusun omikron təhlükəsinə rəğmən ABŞ dollarının əsas valyutalar qarşısında ucuzlaşması, qışın soyuq keçməsi ilə enerji daşıyıcılarına yaranan tələbin yüksəlməsi, Qazaxıstan və Liviyada baş verən qeyri-stabil hadisələrlə neftin qiymətində bahalaşma müşahidə edildi.

Lakin ekspertlər enerji daşıyıcılarına olan tələbin o qədər də gözlənildiyi kimi yüksək olmadığını işarə edirlər.

Son xəbərlər
Digər xəbərlər