Bazar ertəsində planlaşdırlacaq OPEC və Qeyri-OPEC ölkələrinin görüşündə kvotanın müzakirəsi və hasilatla bağlı bir neçə sənədin imzalanması gözlənilir.
Ehtimal edilir ki, hasilatla bağlı anlaşma neftin qiymətinin aprel ayındakı qiymətə(55dollar/barrel) azından qaytara bilər.
Bu gün isə neft cüzi bahalaşıb.
Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI neftinin qiyməti 0,01$, yəni, 0,02% ucuzlaşaraq 46,93$-da qərarlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir k, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,03$, yəni, 0,06% azalaraqq 49,33$-a təklif olunub.