Birjalarda neftin qiyməti ötən gün 71 dollara qədər yüksəldikdən sonra bir qədər geriləsə də, yenidən korreksiya edə bilib.
Banker.az xəbər verir ki, Brent markalı xam neftin birjalarda (Bakı vaxtı: 8:45) may fyuçersləri üzrə bir barrelinin qiyməti 49 sent, yaxud 0.72% artımla 68.73 dollar olub.
WTI markalı xam neftin bir barreli aprel fyuçersləri üzrə 38 sent, yaxud 0.58% artımla 65.43 dollar təşkil edib.
Qeyd edək ki, OPEC+ ölkələri martın ilk iş həftəsindəki iclasında qiymət artımına rəğmən, hasilatdakı kvotaları dəyişməz saxladı. Bu isə treyderlər üçün neftə artan tələb qarşısında təchizatın təmin edilə bilməyəcəyi fonunda neftin qiymətinin artacağını proqnoz edirlər.
Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti Asiya və ABŞ-dakı müştəriləri üçün ixrac qiymətlərini qaldırıb. Belə ki, “Arab light” neft markasının qiyməti Asiya üçün 80 sent, ABŞ üçün isə 1 dollar 40 sent qaldırılıb.