24 C
Baku
Sunday, September 29, 2024

Neftin qiyməti asta-asta $50 ətrafına “lövbər” salır

Ötən həftə sonu ərzində neftin qiyməti OPEC+ alyansının “qərarsız” görünməsi ilə paralel düşsə də bu həftə sonuna bahalaşmağa doğru istiqamətlənib. Hazırda neftin qiymətində müşhahidə edilən qiymətlər 9 ayın maksimumunu göstərməkdədir. Artıq neftin qiyməti 50 dollar yaxınlığında ticarət olunmaqdadır.

Banker.az Bloomberg-ə istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00 radələrində London birjasında Brent markalı xam neftin bir barelinin qiyməti (fevral) sessiya ərzində 64 sent, 1.31% bahalaşmaqla 49.50 dollar olmuşdur. Bahalaşma eyni zamanda WTI markalı xam neftin qiymətində də baş verib. ABŞ nefti Nyu-York birjasında yanvar fyuçersləri üzrə 58 sent bahalaşmaqla 1.27%  dollar olub.

ABŞ-da neft ehtiyatlarının rekord həcmdə artması fonunda COVID-19-a qarşı peyvəndlə bağlı müsbət inkişafların yaratdığı nikbin gözləntilərin təsiri ilə xam neftin qiyməti də yüksəlir.

Nüfüzlu təşkilatlar və ekspertlər peyvəndlə bağlı inkişafların qlobal enerji tələbatında canlanma yaradacağına ümid edirlər.

Yaxın müddətdəki istehlak göstəriciləri isə gözləntilərə təzyiq göstərsə də, neftin fyuçers əyrisi investorların gələn il üçün ümidli olduqlarını göstərir.

Dünyaca məşhur “Goldman Sach” ötən gün KİV-də neftin gələn ilin sonuna 65 USD/barrel olacağı proqnozu verməsi bir çox treyderlər üçün bu bazarda yenidən tələbat əvvəlki səviyyəyə qədər bərpa olunacağı ümidi yaradır.

Bu arada Brent neftinin noyabr ayında ən gəlirli investisya kimi qeyd edilir. Bu neft markasının ötən ay investorlara 25.9 faiz gəlir gətirib, noyabrda təbii qazın qiymətində isə ən böyük itki qeydə alınıb. “Brent” nefti noyabr ayında təbii qazdan daha yaxşı investisiya olub. Əmtəə bazarında ən çox satılan 18 məhsul arasında 14-ü sərmayəçilərinə qazanc gətirib, 4-nün qiyməti aşağı düşüb.

Son xəbərlər
Digər xəbərlər