Dünya birjalarında neftin qiymətindəki artım artıq növbəti gündür ki davam edir.
Banker.az xəbər verir ki, Brent markalı xam neftin bir bareli ICE birjasında 0.56 dollar və ya 0.61% artaraq 92.44 dollar olduğu halda, WTI neftinin NYMEX-də qiyməti 0.64 dollar və ya 0.72% artaraq 89.16 dollar təşkil edib. Bu 2022-ci ilin noyabrından bu tərəfə maksimumdur.
Qeyd edək ki, neft qiymətlərinin bahalaşmasında bir neçə faktor rol oynayır. Burada, Liviyanın təbii hadisələrlə bağlı neft hasilatında yaranan potensial azalma qorxusu, OPEC+ alyansının neft təchizatının sıx saxlamaqda israrlı olması kimi məsələləri göstərmək olar.