19 C
Baku
Sunday, September 29, 2024

Neftin qiyməti birjalarda düşüb

Dünya birjalarında “qara qızıl” 8 ayın maksimumuna yüksəldikdən sonra yenidən dəyər itirir.

Banker.az bu barədə Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 09:21 radələrində Brent markalı xam neft 0.19% ucuzlaşmaqla 47.71 $/bbl. olub. Nyu-York birjasında WTI markalı xam neft daha çox – 1.86% ucuzlaşmaqla 44.86$/bbl. səviyyəsinə düşüb.

Bu həftənin əvvəlindən başlayaraq neftin qiymətindəki müsbət dinamika daha çox gözə çarpırdı. Bunun əsas səbəbi tibbi şirkətlərin artıq COVID-19 vaksinasiyasının tətbiqi və Səudiyyə Ərəbistanın da başçılıq etdiyi OPEC+ alyansının neftin hasilatındakı kvotanın saxlanılacağı qərarının gözləntisi ilə bağlı olub.

Hətta, yanvar ayından qiymətləri yenidən nəzərə keçirib, artıq yanvardan hasilatın günlük həcminin daha 2 mln. barrel artıralacağını da proqnoz etmişdilər. Hazırda isə neft hasilatçılarını çəkindirən məsələ ölkələrin yeni “lockdown”lara getməsinin də ehtimaldır. Mümkündür ki, bu ehtimallar treyderləri bu bazarı daha səbirli analiz etməyə təhrik edir, öz növbəsində neftin qiymətinin artımını təzyiqdə saxlayır.

Bunu da bildirək ki, ötən gündə “ExxonMobil” növbəti yeddi ilin hər biri üçün neft qiymət proqnozlarını 11-17% azaltdı. Bununla bağlı ətraflı.

 

Son xəbərlər
Digər xəbərlər