9 C
Baku
Monday, November 18, 2024

Neftin qiyməti bu səbəbdən yenidən $70-in altına qədər geriləyir

Neftin qiyməti üçüncü ard-arda ucuzlaşmağa doğru gedərək yenidən 70 dollar/barrel səviyyəsinə qədər geriləmə yaşadı.

Omikron ştamı COVID-19 virusunun digər ştamları kimi hərəkətliliyi kəskin şəkildə məhdudlaşdırdığı müşahidə edilməsə də, təklif artımının gələn il tələb artımını üstələyəcəyi ilə bağlı artan ehtimalları treyderləri bu bazarla bağlı pessismist düşünməyə sövq etməkdədir.

Bakı vaxtı ilə 09:00 radələrində Brent markalı xam neftin fevral fyuçersləri üzrə ticarət qiyməti 82 sent, yaxud 1.11% ucuzlaşma ilə 72.88 dollar/barrel səviyyəsinə qədər ucuzlaşıb.

WTI markalı xam neftin qiyməti isə 92 sent, yaxud 1.30% enişlə 69.81 səviyyəsinə qədər ucuzlaşıb.

tvc 635d18dde8228c47b893ac070c210836

Dünən Beynəlxalq Neft Agentliyi (IEA) Omikron ştamının meydana çıxması ilə qlobal miqyasda yoluxmaların artmasının neftə tələbi azaldacağını, beləliklə, xam neft hasilatının, xüsusən də ABŞ-da  hasilatı artırmağa hazır olduğunu nəzərə alsaq (üstəgəl strateji neft ehtiyatlarını da bazara çıxarır) təklifin tələbi üstələyəcəyini proqnoz edir.

Səudiyyə Ərəbistanı və Rusiyanın əsas söz sahibi olduğu OPEC+ alyansı da növbəti aydan plan üzrə neftin gündəlik ifadədə 400 000 barel artırmağı planlayır. Onlar virusun bazara bir o qədər də böyük təsirini gözləmirlər, lakin bazarda hər hansısa təzyiqlər olarsa təcili addımlar atacaqlarını istisna etmirlər.

IEA-nın son aylıq proqnozu hazırda bazarla bağlı müsbət proqnoz verən OPEC-in fikirləri ilə heç də üst-üstə düşmür. Məsələn, OPEC-in dekabrın əvvəlindəki proqnozlarına görə, gələn il dünyada neft tələbatının artımı sutkada 4.2 milyon barel edəcək ki, bu da avqust hesabatından təxminən 0.9 milyon barel çoxdur.

ANZ analitiki “Reuters”ə bu iki qurumun fərqli düşüncədə çıxış etməsi, qiymətlərdəki volatilliyin bir müddət qalacağını istisna etmir.

Son xəbərlər
Digər xəbərlər