16 C
Baku
Thursday, April 18, 2024

Neftin qiyməti COVID-19-un yeni ştammı ilə $78-dən aşağı düşür: İki aydan sonra ilk dəfə!

Koronavirusun yeni ştammı ilə bağlı narahatlıqlar ardından Brent neftinin qiyməti dünya birjalarında bir qədər də ucuzlaşaraq iki ayın minimumuna düşüb.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin Londonun ICE birjasında (Bakı vxt. 17:00 radələri) 77.61 dollara düşüb. Bu da ticarət sessiyası ərzində 4.61 dollar, yaxud 5.61% ucuzlaşma deməkdir.

Sonuncu dəfə neftin qiyməti 23 sentyabrda 78 dollardan aşağı düşmüşdü.

Cənubi Afrikada çox sayda mutasiyaya malik yeni növ koronavirusa yoluxma hallarının aşkarlanıb. Bu da teryderləri hazırda neft bolluğu olan bir durumda, viruslar səbəbindən qapanmalara getməsi eneri daşıyıcılarına olan tələbin azalması qorxudur.

Koronavirusun yeni ştammı ilə yanaşı ABŞ-ın yeni koordinasiya etdiyi böyük neft istehlakçıları öz strateji neft ehtiyatlarından bazara çıxarmaqla OPEC+ alyansının qiymət artımlarına qarşı çıxmaq istəyirlər. ABŞ iddia edir ki, OPEC+ hazırda neftə yaranan tələbə adekvat olaraq təchizatı təşkil etmir, bu neftin qiymətinin yüksəlməsinə gətirib çıxarır.

 

Son xəbərlər
Digər xəbərlər