Neftin qiyməti son 13 ayın minimumuna geriləyib.
Banker.az bildirir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti ötən ilin oktyabrından indiyədək ən aşağı səviyyəyə düşüb. “Light” markalı neftin qiyməti də son 13 ayın minimumuna geriləyib.
Tramp: “Bir zənglə neftin qiymətini aşağı saldım”
Hazırda (Bakı vaxtı ilə saat 13:48) “Brent”in bir barreli Londonun ICE birjasında 57,72 dollara (3 gün əvvəl 60 dolları ötmüşdü), “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 49,56 dollara alıcı axtarır.
Ekspertlərin fikrincə, bazardakı tədarük bolluğu neftin qiymətinin ucuzlaşmasına səbəb olur. Hazırda bazar Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin dekabrda keçirəcəkləri toplantıya və qəbul ediləcək qərarlara fokuslanıb.