9 C
Baku
Monday, November 18, 2024

Neftin qiyməti fərqli istiqamətdə hərəkət edir

Bir sıra ölkələrdə Milad Bayramı ərəfəsində birjaların məhdud və eləcə də Omikron virusu təhlükəsinin qalmasına rəğmən neftin qiyməti bahalaşıb.

Banker.az xəbər verir ki, Brent 15 sent, yaxud 0.20% bahalaşaraq 75.94 dollar/barrelə yüksəlib. Lakin, Qərbi Texas neftinin barreli 62 sent, yaxud 0.84% ucuzlaşaraq 73.17 dollara düşüb.

ABŞ hava yolları son günlərdə COVID-19 virusunun Omikron ştamı ilə əlaqəli işçi heyəti çatışmazlığı səbəbindən minlərlə uçuşu ləğv etdi və ya gecikdirir.

Virusa qarşı ən çox dözümsüzlük göstərən Çində 21 ayın ən böyük yoluxma xəbərləri  gəldi.

Son xəbərlər
Digər xəbərlər