2 C
Baku
Saturday, December 14, 2024

Neftin qiyməti İranın yeni hücumuna hazırlaşır

Qərbin sanksiyaları dayandırmasından sonra İran Avropaya gündə 300 000 barrelə qədər xam neft ixrac etməyi planlaşdırır.
Bu barədə “Wall Street Journal” İranın neft naziri Bijan Zəngənəyə istinadən bildirir. İran ilk dəfə rəsmi olaraq Avropaya neft ixracı barədə ehtimal etdiyi rəqəmi səsləndirib.

2012-ci ildə əksər qərb ölkələri nüvə proqramı ilə bağlı Tehrana qarşı sanksiyalar elan edənə qədər Avropa İran üçün ən vacib bazar idi. Zəngənə bildirib ki, növbəti bir neçə ay ərzində İran Asiya ölkələrinə nəql hesabına neft ixracatını gündə 500 000 barrelə qaldırmağa cəhd edir.

Zəngənənin sözlərinin fonunda neft xeyli ucuzlaşıb. Gün ərzində Brent neftinin qiyməti barrel üzrə 34,99 dollardan 33,84 dollara qədər düşüb. Bu, yanvarın 20-dən sonra bahalaşmağa başlayan neftin qiymətində fevralın 3-dən başlamış yeni azalma meylinin davamı oldu. ABŞ anbarlarında neft ehtiyatlarının azalması barədə məlumatın açıqlanmasından sonra dünya bazarında neft bahalaşmağa başlamışdı. Yanvarın 20-də 1 barreli 27,88 dollar olan Brent neftinin qiyməti fevralın 3-də 35,04 dollara qədər qalxmışdı.

İranın uzun müddətə hesablanmış planları neft bazarının əsas ixracatçıları – Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ arasında rəqabəti daha da gücləndirəcək. Onları Avropa bazarlarındakı paylarını qorumaq üçün yeni mübarizə üsulları axtarmağa vadar edəcək.

İranın bu addımı həm də dünya bazarında neftin qiymətini ucuzlaşdıraraq qərb ekspertlərinin ehtimal etdiyi barrel üzrə 20-25 dollara qədər ucuzlaşdıra bilər. Düzdür, Rusiya energetika naziri Aleksandr Novak OPEK ölkələri ilə danışıqlar apararaq neft hasilatına müəyyən limit qoya biləcəklərini vurğulayıb. Çünki son 12 üzrə ən aşağı həddə düşmüş neft qiymətləri istehsalçı ölkələri qane etmir.

2015-ci ildə müstəqillik tarixinin ən yüksək hasilat göstəricisinə – gün ərzində 10,726 milyon barrel neft istehsalına nail olmuş Rusiyanın İran və Səudiyyə Ərəbistanı kimi ölkələrlə danışıqlarının bazara ciddi təsiri ola bilər, Macarıstanın “MOL Group” şirkətininsatınalmalar üzrə mütəxəssisi Viktor Katonanın fikrincə, tərəflər ümumi dil tapsalar neftin qiymətini hətta barrel üzrə 100 dollara da qaytarmaq olar.

İstənilən halda, Beynəlxalq Energetika Agentliyinin proqnozuna görə, 2016-cı ilin ikinci yarısında neftə gündəlik tələbat 1,5 milyon barrel artacaq. Bu isə qiymətlərin sürətlə barrel üzrə 70-80 dollara qalxmasına dəstək verə bilər.

Lakin İranla Səudiyyə arasında baş verən münaqişə bu anlaşmanın gerçəuləşdirilməsinə imkan verməyəcək. Buna görə də Viktor Katona düşünür ki, istənilən halda neftin barreli 50-60 dollardan yuxarı qalxa bilməyəcək.

Azərbaycan gəlincə, ölkə rəhbərliyi maliyyə problemindən qaçmaq üçün daha pesimist ssenarilərə hazırlaşır. Maliyyə Nazirliyi tərəfindən hazırlanmış təkliflərə görə, büdcədə neftin qiymətinin 25 dollar götürülməsi nəzərdə tutulur. Amma bu büdcə xərclərinə mənfi təsir etməyəcək, əksinə 18,3 milyard manat çatdırılması təklif edilir.

anspress

Son xəbərlər
Digər xəbərlər