Noyabrın 17-də ticarət zamanı Brent və WTI markalı neftin qiyməti artmaqda davam edir. “Bloomberg” neftin qiymətinin qalxmasını OPEC+ ölkələrinin nümayəndələrinin noyabrın 26-na planlaşdırılan görüşü ilə izah edir.
London ICE Futures birjasının ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 11:05-də Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti bir barel üçün 81.25 dollar təşkil edib. Əvvəlki sessiyanın bağlanış göstəricisi ilə müqayisədə qiymət 0.79% artıb. Noyabrın 17-də keçirilən ticarət zamanı Brent markalı neftin yanvar fyuçerslərinin qiyməti 4.1% artaraq 80.61 dollar/barelə çatıb. WTI markalı neftin bir barelinin qiyməti 76.68 dollar (-0.84%) təşkil edib. Son sessiyanın sonunda qiymət 4% artaraq 75.89 dollar/barel olub.
Beynəlxalq Enerji Agentliyi (IEA) OPEC+ çərçivəsində Rusiya və Səudiyyə Ərəbistanının könüllü neft hasilatını azaltmasının ilin sonuna qədər uzadılmasının neft bazarını 2023-cü ilə qədər “əhəmiyyətli kəsir” vəziyyətində qoyacağını proqnozlaşdırıb. IEA analitikləri qeyd ediblər ki, OPEC+ gündəlik tələbatdan 900 min barel az hasil edəcək.