14 C
Baku
Sunday, November 24, 2024

OPEC+ qərarı ardından neftin qiyməti son 7 ilin maksimumuna yüksəlir

Amerika neftinin qiyməti 2014-cü ilin noyabrın əvvəlindən bu tərəfə ilk dəfə 78 dollara çatıb.

Bu barədə Banker.az Bloomberg-ə istinadən xəbər verir.

Nyu-Yorkun NYMEX birasında noyabr fyuçersləri üzrə Qərbi Texas neftinin qiyməti 2 dollar, yaxud 2.7% artımla 77.82 dollar/barrelə qədər bahalaşıb.

Brentin qiyməti isə 2.23 dollar, yaxud 2.8% bahalaşaraq 81.6 dollar/barrel olub. Baxmayaraq ki Brentin qiyməti daha çox bahalaşıb, lakin bu 2018-ci ilin oktyabrındakı 84 dollara bir qədər yaxınlaşması deməkdir. Həmin zamanda Brent sıçrayışla həmin zirvəyə yüksəlmişdi.

Qeyd edək ki, Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 21-ci iclasında, gündəlik neft hasilatının noyabrda 400 min barel artırılmasına dair qəbul edib. Bu Qərarı yeri gəlmişkən Azərbaycan da dəstəklədi. Bu arar neftin qiymət artımında əsas təsiredici faktordur.

Son xəbərlər
Digər xəbərlər