5 C
Baku
Saturday, December 14, 2024

Neftin qiyməti son bir ilin maksimumunda – 59 dolları ötdü

Dünya birjalarında vaksinasiyanın öz qaydasında getməsi, ABŞ-da növbəti dəfə həftəlik neft ehtiyatları göstəricilərində azalma və OPEC+ alyansının hasilatla bağlı səbirli davranışı neftin qiymətini 59 dollar üzərinə çıxarıb. Nəticədə neftin qiyməti son bir ilin maksimumunu yeniləyib.

Brent markalı xam neftin aprel fyuçerslərindəki qiyməti 59.25 dollar/barrel təşkil edib. Bu da sessiya ərzində 41 sent (0.70%) yüksəlmə deməkdir. WTI neftinin Nyu-York birjasındakı mart üzrə fyuçerslərdə qiyməti 44 sent (0.78%) artımla 56.67 dollar/barrel olub.

Hazırda neftin qiyməti ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısında bahalaşdığı bir zamanda artır ki, bu da neftə olan real tələbin yüksəldiyi üçün əsas göstəricidir. Hazırda dolların indeksi 91.578 bənd təşkil edir ki, bu da iki ayın zirvəsidir.

Son xəbərlər
Digər xəbərlər