15 C
Baku
Saturday, November 2, 2024

Neftin qiyməti son iki həftədəki qiymət itkisini bərpa edib

Brent nefti son iki həftədə qiymət itkisini bərpa edərək yenidən 72 dollar/barrelə çatıb. Sonuncu dəfə neft bu qiymətə 12 avqusta qeydə alınmışdı. Amma günlük müqayisədə eniş müşahidə edilir.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Brent markalı xam neftin bir barreli Londonun ICE birjasında oktyabr fyuçersləri 71.90 dollar təşkil edib.

WTI markalı xam neftin Nyu-Yorkun NYMEX birasındakı qiyməti isə 67.89 dollar/barrel təşkil edib.

Xatırladaq ki, neftin son saatlarda qiyməti düşür. Buna səbəb isə COVID-19-a yoluxmanın yüksəlməsi və dolların indeksinin artaraq 93 bəndə çatmasıdır.

 

Son xəbərlər
Digər xəbərlər