10 C
Baku
Thursday, December 12, 2024

Neftin qiyməti tələbin yüksəlməsi ilə iki həftənin maksimumuna yüksəlir

ABŞ-da səyahət qadağalarının yumşaldılması və post-pandemiyada qlobal iqtisadi bərpa neftə olan tələbi yüksəldir. Bu fonda neft təchizatçılarının isə hasilatla bağlı israrlı olması isə xam neftin qiymətinin iki həftənin maksimumuna yüksəltdi.

Banker.az xəbər verir ki, Brent markalı xam neftin fyuçerslərdə qiyməti 0.30 dollar, yaxud 0.35% bahalaşmaqla 85.08 dollar/barrelə yüksəldiyi halda, WTI nefti 0.08 dollar, yaxud 0.10% yüksəlməklə 84.23 dollara çatıb.

Brentin qiyməti cari ildə 60% bahalaşma yaşamaqla son yeddi ilin maksimumunu yeniləyə bilib. Qiymətlər artmasına əsas səbəb qlobal iqtisadi bərpanın sürətlənməsi və eləcə də neft ixracatçıları OPEC və onunla eyni təşəbbüsdə çıxış edən ölkələrin hasilatı qiymətləri tənzimləmək üçün birgə konsensusudur.

Noyabrın 4-də OPEC+ növbəti iclasını keçirməklə günlük neft hasilatının dekabrda 400 min barrel artırılmasına nail oldu. Halbu ki, ABŞ prezidentinin G20 sammitində əsas ixracatçılar Rusiya və Səudiyyə Ərəbistanı neft təchizatı ilə bağlı bazara adekvat cavab verməməkdə tənqid edilirdi.

OPEC+ alyansından hətta 800 min barrelə qədər günlük hasilatın artırılması xaiş edilsə də, alyans öz qərarında israrlı qaldı. Gələn ilin iyununa qədər isə günlük neft hasilatının hər ayda 400 min barrel artırılması planlaşdırılır.

Nüfuzlu “JP Morgan” bankı bildirir ki, qlobal miqyasda noyabrda neftə olan tələb pandemiyadan öncəki göstəriciləri üstələməklə 100 mln. barrel/günlük göstəriciyə çatıb.

 

Son xəbərlər
Digər xəbərlər