Dünya bazarlarında neftin qiyməti $62-dan aşağı düşüb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:25 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.68$ yəni, 1.29% azalaraq 52.04$-da qərarlaşıb.
İCE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.54$, yəni, 0.87% ucuzlaşaraq 61.56$-a təklif olunub.