Neftin qiyməti birjalarda yenidən düşüb.
Banker.az 08:40 radələrinə olan göstəricilərə istinadən bildirir ki, avqust fyuçerslərində Brent markalı xam neftin bir barreli 0.38 dollar, yaxud 0.53% azalma ilə 71.51 dollar olmuşdur.
WTI markalı xam neftin bir barreli iyul fyuçerslərində 0.28 dollar, yaxud 0.40% ucuzlaşma ilə 69.34 dollar olmuşdur.