Bakı vaxtı ilə saat 08:50 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 19 sent, yəni, 0,33% artaraq 62,85$-a təklif olunub. Banker.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 14 sent, yəni, 0,24% bahalaşaraq 57,59$-da qərarlaşıb.