Londonun ICE birjasında Brent markalı neftin 2022-ci ilin oktyabr ayında tədarük ediləcək fyuçers müqaviləsinin qiyməti xeyli ucuzlaşıb.
“Qara”qızıl”ın bir barel üçün dəyəri 21 fevral 2022-ci ildən bəri ilk dəfə 93 dollardan aşağı düşüb.
Eyni zamanda, 2022-ci ilin sentyabrında çatdırılacaq WTI markalı xam neftin fyuçersləri 1,64% ucuzlaşaraq hər barel üçün 87,09 dollar təşkil edib.