Neftin qiyməti yenidən $106-ya qədər bahalaşıb – Gözlər Yaxın Şərqdə

ABŞ Prezidenti Donald Tramp bazar günü axşam bildirib ki, İranın ABŞ və İsrail hücumlarına cavab olaraq kanalı bağlamasından sonra Hörmüz boğazına müdaxilə ilə bağlı digər ölkələrlə danışıqlar aparılır.

Banker.az xəbər verir ki, Brentin bir bareli Londonda 3% ətrafında bahalaşmaqla 106.5 dollara qədər bahalaşdıqdan sonra bir qədər zəifləyərək 105 dollar ətrafında qalıb.

Tramp Hörmüz boğazında əməliyyata qoşulmağa razılaşan konkret ölkələrin adını açıqlamayıb.

Digər ölkələrlə bizimlə birlikdə boğazda nəzarətin təmin olunması barədə danışırıq”. Tramp Hava Qüvvələrinin təyyarəsində jurnalistlərə deyib. Əlavə edib ki, ABŞ bu məsələdə “yaxşı reaksiya” alır.

O bildirib ki, boğazın açıq saxlanılması “çox kiçik bir əməliyyat” olacaq və İranın “çox az hərbi gücü qaldığını” iddia edib.

Trampın sözlərinə görə, Tehran raket və pilotsuz uçuş aparatlarının ehtiyatlarını tükəndirir, ABŞ hücumları isə İranın dron istehsalı imkanlarını “demək olar ki, məhv edib”.

ABŞ prezidenti həmçinin Çini Hörmüz boğazına müdaxilə etməyə çağırışını təkrarlayıb və Pekinin İran neftindən yüksək asılılığını əsas gətirib.

Trampın bu açıqlamaları onun bir gün əvvəl digər ölkələri Hörmüz boğazını açıq saxlamaq üçün hərbi gəmilər göndərməyə çağırmasından sonra səslənib. Dünyada neft tədarükünün təxminən 20%-i bu boğazdan keçir. İran isə ABŞ və İsrailin hücumlarına cavab olaraq boğazı faktiki olaraq bağlayıb.

Tramp həmin gün daha əvvəl “Financial Times” nəşrinə bildirib ki, ABŞ müttəfiqləri İrana qarşı müdaxilə etməsələr, NATO-nun gələcəyi “çox pis” ola bilər.

O həmçinin martın sonuna planlaşdırılan Si Cinpin ilə sammiti təxirə sala biləcəyini də bildirib.

Tramp İranla münaqişənin tezliklə başa çatacağı barədə iddialarını da təkrarlayıb. Tehran isə münaqişənin tezliklə bitəcəyi fikrini rədd edir və ölkənin “sabit və güclü” olduğunu, özünü müdafiə etməyə hazır olduğunu bildirib.

Həftəsonu ABŞ qüvvələri İranın əsas neft ixrac terminallarından biri olan Xark adasına zərbələr endirib. Tramp adaya qarşı əlavə hücumların mümkünlüyünü də istisna etməyib.

Mart ayında İranla ABŞ-İsrail müharibəsinin başlanmasından sonra neft qiymətləri kəskin yüksələrək Brent markalı neftin qiyməti 100 dollardan yuxarı qalxıb.

Lakin Trampın son açıqlamalarından sonra bazar ertəsi Asiya ticarətində neft qiymətləri ilkin artımı azaldaraq demək olar ki, dəyişməz qalıb.

Son xəbərlər
Digər xəbərlər