Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 9:40 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 1.58$ yəni, 4.79% azalaraq 31.40$-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1.77$, yəni, 4.95% ucuzlaşaraq 34.02$-a təklif olunub.